Suraxanıda gənc qızı avtomobil vurub

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Süleymanova Fatimə Zamiq qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər