Suraxanıda 45 yaşlı piyada yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report"un məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1977-ci il təvəllüdlü Zairəliyev Ramil Həsənbala oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər