Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un yerli bürosu xəbər verir ki, avtomobil yolu keçən piyada, 1981-ci il təvəllüdlü Elvin Balayar oğlu Məmmədovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.