Sumqayıt şəhəri, Corat qəsəbəsində 36 yaşlı kişi dəm qazından boğulub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vahabov Əbülfəz Bayraməli oğlu yaşadığı fərdi evdə dəm qazından boğularaq ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.