Sumqayıtda 17 yaşlı qız binadan yıxılaraq ölüb

Sumqayıtda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 45-ci məhəllə ərazisində qeydə alınıb.

İlkin məlumata görə, 2009-cu il təvəllüdlü Şəms Əbilhəsənova binadan yıxılaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata əsasən, yeniyetmənin ehtiyatsızlıq nəticəsində binadan yıxıldığı bildirilir.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda zəlzələ olub 22 fevral, 2026 / 07:12