Bakının Qaradağ rayonu ərazisində 38 yaşlı kişi yıxılaraq ağır xəsarətlər alıb.
“Report” xəbər verir ki, hadisə Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Süleymanov Sadiq qəsəbə ərazisində naməlum şəraitdə yıxılaraq ağır xəsarətlər alıb.
1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan yaralı dərhal həkimlərin nəzarətinə götürülüb.
Müayinə zamanı ona baş nahiyəsinin və bədənin müxtəlif nahiyələrinin əziyi diaqnozu qoyulub.
Hazırda yaralı müalicəsini xəstəxanada davam etdirir.
Ramin Şahbazov