Bakı. 6 oktyabr. REPORT.AZ/ “İrşad-İ.R” MMC (“İrşad-Telecom”) İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini (ASİHMDX) məhkəməyə verib. “Report”un xəbərinə görə, şirkət məhkəmədən ASİHMDX-nin inzibati cərimə barədə qərarının ləğv olunmasını xahiş edib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib.
Dövlət Xidməti məhkəmə qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.