Səngəçalda 39 yaşlı kişini avtomobil vurub

Bakının Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Səngəçal qəsəbəsində qeydə alınıb.

Avtomobil yolu keçən 1983-cü il təvəllüdlü Mirzəyev Məzahir Məmmədəli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər