Şəmkirdə minik və yük avtomobili toqquşub, xəsarət alanlar var.
"Report"un Qərb bürosunun məlumatına görə, Şəmkir-Gədəbəy avtomobili yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.