"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - YENİLƏNİB - FOTO

Bakı. 16 noyabr. REPORT.AZ/ "Sədərək" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb. 

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

"Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” Ticarət Mərkəzinin ərazisində baş vermiş yanğın saat 12:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Qaradağ rayon Yanğından Mühafizə bölməsinin rəisi Elçin Ələsgərov bildirib ki, yanğınla bağlı məlumat səhər 11:40-da daxil olub: "Hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın, təxminən, 300 kvadratmetr olan anbarda baş verib. İlkin ehtimala görə, yanğın qısaqapanmadan baş verib. Hadisə yerinə 9 yanğınsöndürən, 50-yə yaxın canlı qüvvə cəlb edilib".


*** 12:23

"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.

"Report"un məlumatına görə, hadisə bazarın anbarında baş verib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hafiz Heydərov, Səlcuq Elçin

Digər xəbərlər

Astarada avtomobil aşıb, ölən var 06 oktyabr, 2026 / 00:33
Bakıda məktəbli bıçaqlanıb 05 oktyabr, 2026 / 17:29