Səbaildə 66 yaşlı kişini qonşusu bıçaqlayıb

Bakının Səbail rayonunda qonşular arasında düşən dava bıçaqlanma ilə nəticələnib.

"Report"un məlumatına görə, dava zamanı bıçaqlanan 1957-ci il təvəllüdlü Hacıyev Şirxan Ədil oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qolun kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14