Səbaildə 21 yaşlı gənc qızı avtomobil vurub

Bakının Səbail rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Kərimova Nərmin Samid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37