Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var

Samux rayonunda iki nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əhmədbəyli kənd yolunda qeydə alınıb.

Yük və minik avtomobillərinin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Ceyhun Nəzərov aldığı xəsarətdən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38