Şamaxıda 4.7 və 3.3 maqnitudalı zəlzələlər olub - YENİLƏNİB 2

Şamaxıda zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Şamaxıda ikinci zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 16:05-də 3.3 maqnitudalı daha bir zəlzələ baş verib.

Zəlzələ ocağının dərinliyi 10 kilometrdir.

Şamaxı rayonunda yerli vaxtla saat 15:52-də 4.7 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkan episentrdə 5, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45