Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapılıb

Gəncə şəhərində itkin düşən Astara rayon Kakalos kənd sakini, 1942-ci il təvəllüdlü Mirzəcan Hüseynovun meyiti tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, kişinin cansız bədəni Göygöl rayonunun Hacıməlik kəndinin ərazisində aşkar edilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.

Məlumat üçün bildirək ki, noyabr ayının 8-də M. Hüseynov yaxınları ilə birlikdə hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə gəlib. Həmin ərəfədə o, müəmmalı şəkildə itkin düşüb.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05