Şəmkirdə yol qəzası nəticəsində iki nəfər ölüb, xəsarət alan var

Şəmkirdə ağır yol qəzası nəticəsində iki nəfər ölüb 1 nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, qəza Qılıncbəyli kəndində qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobilin aşması nəticəsində Qılıncbəyli kənd sakinləri; 1995-ci il təvəllüdlü Elgün Abbasov və həmyaşıdı Eşqin Abbasov ölüb, habelə daha bir nəfər xəsarət alıb.

Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05
Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37