Tovuz rayonunun Xatınlı kəndində təhlükəsizlik tələblərini pozan yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Səbuhi Ələkbər oğlu Ələkbərova məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb.
Yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.