Şamaxıda maşın yoldan çıxaraq aşıb, 1 nəfər ağır xəsarət alıb - FOTO

Şamaxı. 26 noyabr. REPORT.AZ/ Şamaxı-Pirqulu yolunun Çuxuryurd kəndində avtomobil yoldan çıxaraq aşıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, nəticədə "KİA" markalı "90-İJ-953" dövlət qeydiyyat nişanlı maşında olan sərnişin, 1979-cu il təvəllüdlü Şamaxı rayon sakini Ağakərimov İlham Dilavər oğlu başından ağır xəsarət alıb.

Yaralı Şamaxı Şəhər Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47