Şamaxıda azyaşlı qızı avtomobil vurub

Bakı. 30 iyun. REPORT.AZ/ Şamaxının mərkəzi küçələrindən birində azyaşlı qızı avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə 2008-ci il təvəllüdlü Məmmədova Nərmin Rövşən qızı yolu keçmək istəyərkən baş verib.

Nəticədə N.Məmmədova ağır xəsarət alaraq Bakı xəstəxanalarından birinə yerləşdirilib.

Faktla bağlı Şamaxı rayon Polis şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20