Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub

Şamaxı. 18 dekabr. REPORT.AZ/ Şamaxıda 4 yaşlı uşağı avtomobil vurub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nazim Hikmət küçəsində baş verib.

Belə ki, 2013-cü il təvəllüdlü Etibarlı Hüseyn Nemət oğlu küçədə oynayarkən onu avtomobil vurub. Ağır xəsarət almış uşaq xəstəxanaya çatdırılıb. Onun vəziyyəti ağır olduğundan H. Etibarlı daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48