Şamaxı. 1 yanvar. REPORT.AZ/ Şamaxı sakini traktordan yıxılaraq xəsarət alıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Məlikçobanı kəndində qeydə alınıb.
Kənd sakini 1947-ci il təvəllüdlü Eynulla Qanbay oğlu Allahyarov özünə məxsus traktorun yük yerində olarkən yıxılıb. O, yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.
Yaralının vəziyyəti kafidir.