Sabunçuda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Bakıda avtomobilin dəmir məhəccərə çırpılması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

"Report" xəbər verir ki, Sabunçu rayon ərazisində Vəliyev Mahir Bilal oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirib yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb.

Nəticədə sürücü Bilal Vəliyev hadisə yerində aldığı xəsarətlərdən ölüb, avtomobildə olan sərnişin Bədəlova Fəridə Eman qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Səlcuq Elçin

Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un əldə etdiyi məlumata görə, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.

Hadisə zamanı sürücü dünyasını dəyişib. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xaçmaz rayonunda zəlzələ olub 05 iyul, 2026 / 09:05
Masazırda maşın yanıb 04 iyul, 2026 / 14:30
İmişlidə zəlzələ olub 04 iyul, 2026 / 13:48