Sabunçuda 22 yaşlı gənci avtomobil vurub 

Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Hüseynzadə Valeh Mehdi oğlunu vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45