Sabunçu rayonunda yol qəzasında bir nəfər xəsarət alıb - FOTO

Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda, Sabunçu körpüsü yaxınlığında qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əsədov Sənan Təvəkkül oğlu xəsarət alıb. Yaralı 3 Saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona döş qəfəsinin və ayağın əziyi diaqnozu qoyulub.

Ramin Şahbazov

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14