Saatlıda yol qəzası olub, yaralananlar var

Saatlı. 8 avqust. REPORT.AZ/ Saatlı rayonunda  2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri - 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci il təvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30