Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB

Qusarda aşan mikroavtobusda xəsarət alan şəxslərin kimliyi məlum olub.

"Report"un Şimal bürosu xəbər verir ki, qəza nəticəsində avtobusda olan sərnişinlər- rayon sakinləri, 1984-cü il təvəllüdlü T.Həmidova, 1962-ci il təvəllüdlü S.Əliyeva və 1990-cı il təvəllüdlü M.Xanova və 1970-ci il təvəllüdlü M.Nurullayeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qusar şəhərinin girəcəyində mikroavtobus aşıb, xəsarət alanlar var.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar şəhərinin giriş hissəsində buzlu yolda hərəkət edən mikroavtobus aşıb.

Hadisə nəticəsində xəsarət alanlar var.

Qəza ilə əlaqədar Qusar-Quba avtomobil yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər