Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələri qəbul edib, onlayn yolla əvvəlcədən deyilən ünvanlara qoymaqla satışını təşkil edənlər tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Bakı şəhər sakini Məmmədiyyə Alxazov və Cəlilabad rayon sakini Ramal Əliyev saxlanılıb. Üzərlərinə keçirilən baxış zamanı onlardan 2 kiloqram 170 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. M.Alxazov və R.Əliyev həmin şəxsin göndərdiyi narkotik vasitələrin ölkə ərazisində satışını təşkil ediblər. Sonuncu dəfə isə Qobustan şəhəri ərazisində bu əməllərini reallaşdırmaq istəyərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıblar.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Məhkəmənin də qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Qobustanda əcnəbi narkotacirə kuryerlik edən şəxslərdən külli miqdarda heroin götürülüb
Digər xəbərlər
Kəlbəcərdə baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb
29 oktyabr, 2026 / 00:14
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
28 oktyabr, 2026 / 20:54
Şəmkirdə bıçaqlanan kişi xəstəxanaya aparılarkən ölüb
28 oktyabr, 2026 / 20:30
Yasamalda şagirdin pəncərədən yıxılaraq öldüyü məktəbə psixoloqlar cəlb edilib
28 oktyabr, 2026 / 16:32
Sabunçuda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
28 oktyabr, 2026 / 16:15
Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır
28 oktyabr, 2026 / 12:50
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
28 oktyabr, 2026 / 10:47
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
28 oktyabr, 2026 / 10:14
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
27 oktyabr, 2026 / 20:42
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
27 oktyabr, 2026 / 19:04
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
27 oktyabr, 2026 / 17:51
Azərbaycanın dövlət sərhədini pozan Əfqanıstan vətəndaşları tutulub
27 oktyabr, 2026 / 17:46
Siyəzəndə qadının qohumu tərəfindən borca görə öldürdüyü məlum olub - Yenilənib
27 oktyabr, 2026 / 17:02
Salyanda bir ailənin 3 üzvünün bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb - Yenilənib
27 oktyabr, 2026 / 16:41
Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub
27 oktyabr, 2026 / 16:28
Kamran Əliyev Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Akademiyasının rəhbəri ilə görüşüb
27 oktyabr, 2026 / 15:01
Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi
27 oktyabr, 2026 / 09:02
DTX Ceyhun Sabunçunu qətlə yetirənləri müəyyən edərək saxlayıb – Yenilənib-2
26 oktyabr, 2026 / 19:14
Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozan restoranın fəaliyyəti dayandırılıb
26 oktyabr, 2026 / 14:39