Qobustanda avtomobil 2 piyadanı vuraraq öldürüb

Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər