Qobustan rayonunda döyülmə hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Yekəxana kəndində baş verib.
Belə ki, 1984-cü il təvəllüdlü Xəlilov Xəlil Novruzəli oğlu tanıdığı şəxs tərəfindən döyülərək ağır xəsarətlər alıb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı X.Xəlilova burun sümüyünün sınığı və üz nahiyəsinin əziyi diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Ramin Şahbazov