Qəbələdə zəncirvari qəza olub, xəsarət alanlar var

Qəbələ rayonunun Nohurqışlaq kəndində bir-neçə nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, "Mercedes", "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir-neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Əraziyə Təcili Tibbi Yardım maşını və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54