Qazax rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax-Əskipara avtomobil yolunda baş verib.
Minik maşınının "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində nəqliyyat vasitəsinin sürücüsü, 1971-ci il təvəllüdlü, Yuxarı Əskipara kənd sakini Məzahir İbrahimxəlilov hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb.