Qaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var - YENİLƏNİB

Qaxda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, 3 avtomobilin toqquşması nəticəsində “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov, sərnişinləri - 43 yaşlı Gülər İsmayılova, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

11:58

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda", "Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36