Qaradağda piyadanı avtomobil vurub

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1984-cü il təvəllüdlü Məmmədov Bəylər Füzuli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45