Paytaxtda 50 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Həsənov Mayis Bəybala oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14