Paytaxtda 19 yaşlı gənc yol qəzasında xəsarət alıb

Bakıda 19 yaşlı gənc yol qəzasında xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 2003-cü il təvəllüdlü Hüseynzadə Məhəmməd Fəqan oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 23 dekabr, 2025 / 08:59