Video əlavə olunub
*** 17:43
Oğuz rayonunda yol qəzası baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Opel" və " Niva" markalı avtomobillər toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.