Oğuz rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Wolksvagen" və "Opel" markalı avtomobillər toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsində olan 5 nəfər xəsarət alıblar.
Qəza zamanı "Opel"in sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə dəstəsi cəlb olunub.
Beləliklə, avtomobillərdə olan Qönçə Aydınlı, Rahib Aydınov, Nüşabə Cəfərli və Yağmur Cəfərli müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə nəticəsində xəsarət alan "Opel"in sürücüsü Muxtar Muradovun vəziyyəti daha ağır olduğundan Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.