Oğuzda "BMW" markalı avtomobil idarəetmədən çıxaraq aşıb, ölən və xəsarət alanlar var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Böyük Söyüdlü kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində avtomobilin sürücüsü rayonun Dəymədağlı kənd sakini, 1991-ci il təvəllüdlü Sakit Bayram oğlu Əzimov ölüb, eyni kəndin sakini, 1989-cu il təvəllüdlü Səxavət Hüseynov, Sincan kənd sakini, 1991-ci il təvəllüdlü Röyal Qarayev xəsarət alıblar.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.