Neftçalada yol qəzası olub, xəsarət alan var

Neftçala rayonlarında ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1990-cı il təvəllüdlü Abdullayev Nicat Şəmsəddin oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Hadisə zamanı ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

O, reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45