Neftçalada sərxoş sürücü avtomobili ağaca çırpıb

Neftçala. 7 aprel. REPORT.AZ/ Neftçala rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb.

“Report”un Aran bürosu xəbər verir ki, axşam saatlarında rayonun Xolqaraqaşlı kəndində 1960-cı il təvəllüdlü yerli sakin Mənəfov Əli Gülağa oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Jiquli” markalı avtomobil ilə hərəkətdə olarkən, idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21
Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26