Neftçalada piyadanı avtomobil vuraraq öldürüb

Neftçala. 8 avqust. REPORT.AZ/ Neftçala rayonunda piyadanı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Xıllı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı minik avtomobili yolu keçmək istəyən, təxminən, 18-20 yaş arasında gənci vuraraq öldürüb.

Meyit Salyandakı morqa gətirilib. Həmin piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qubada zəlzələ qeydə alınıb 14 avqust, 2026 / 21:06
Sumqayıtda kafe yanıb 14 avqust, 2026 / 17:48