Neftçalada motosiklet minik maşını ilə toqquşub

Neftçala rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Bankə qəsəbəsi ilə hərəkətdə olan motosikletlə minik avtomobilinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü yerli sakin Məmmədov Cəlal Əbülfəz oğlu müxtəif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 07 aprel, 2026 / 06:31
Azər Maqsudov cəzadan azad edilib 06 aprel, 2026 / 17:05