Neftçalada kafedə ölüm hadisəsi baş verib

Neftçala. 16 iyun. REPORT.AZ/ Neftçala rayonunda ölüm hadisəsi baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Kol Qaraqaşlı kəndindəki kafedə qeydə alınıb.

Belə ki, kənd sakini, 1981-ci il təvəllüdlü Namiq Vaqif oğlu Xankişiyev dostları ilə birlikdə yeyib-içərkən gözlənilmədən səhhəti pisləşərək ölüb. Onun normadan artıq spirtli içki qəbul etdiyi bildirilir.  

Digər xəbərlər