Neftçalada evdən üzük oğurlayan qadın tutulub

Bakı. 5 sentyabr. REPORT.AZ/ Neftçala rayonunda evdən qızıl üzük oğurlanıb.

“Report” Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 3-də rayon ərazisindəki evlərin birindən 550 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Neftçala şəhər sakini Vüsalə Məcidova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45
DİN: Həftəsonu 17 silah aşkarlanıb 14 sentyabr, 2026 / 12:48