Neftçalada evdən pul, qızıl və məişət əşyaları oğurlanıb

Bakı. 31 avqust. REPORT.AZ/ Neftçala rayonunda evdən pul, qızıl və məişət əşyaları oğurlanıb. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisindəki evlərin birindən 2000 manat pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şəhriyar Nəhmədov saxlanılıb.

Digər xəbərlər