Neftçalada dənizdə batan 3 gəncin meyiti tapılıb - VİDEO - YENİLƏNİB-2

Neftçala rayonunda dənizdə batan şəxslərin meytləri sudan çıxarılıb.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun Həsənabad qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 


*** 16:58

Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə batan 3 nəfərdən ikisinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. 

Bu barədə "Report"a FHN-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.


*** 16:32

Neftçala rayonunda dənizdə boğulanların axtarışları davam edir.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Yeniqışlaq kəndi ərazisində, Aşağı Mil-Muğan kollektorunun Xəzər dənizinə qovuşduğu yerdə dənizdə batan 3 nəfər gəncin ötən gündən başlayaraq axtarışları hələlik bir nəticə verməyib. 

Axtarışlara FHN-in 3, Dövlət Sərhəd Xidmətinin isə 2 qayığı və canlı qüvvəsi cəlb edilib. 

İlkin məlumatlara görə, həmin gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsinin sakinləri, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu çimmək üçün dənizə gediblər. 

Onlar əvvəlcə sahildən, təxminən, 100 metr aralıda yerləşən adada nahar ediblər. Bundan sonra dənizdə çimərkən suda batıblar. 

Digər xəbərlər

Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45