Neftçala rayonunda dənizdə batan şəxslərin kimliyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsində baş verib.
Rayonun Həsənabad qəsəbə sakinləri - 1993-cü il təvəllüdlü Fariz Alkişiyev, 1990-cı il təvəllüdlü Fərid Babayev və 1992-ci il təvəllüdlü Şəhriyar Nəcəfov Xəzər dənizində çimərkən batıblar.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Dalğıc axtarış qrupu cəlb olunub.
***17:24
Neftçala rayonunda dənizdə 3 nəfər batıb.
"Report" xəbər verir ki, yerli bürosu qeyri-çimərlik ərazidə (nəzarətsiz) 3 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.