Neftçalada 63 yaşlı kişi intihar edib

Neftçala. 8 aprel. REPORT.AZ/ Neftçala rayonunda intihar hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Xıllı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1955-ci il təvəllüdlü Zülfəliyev Ələkbər Saleh oğlu həyətyanı sahədəki yarımtikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45