Neftçalada 28 yaşlı gənc intihar edib

Neftçala. 4 mart. REPORT.AZ/ Neftçalada intihar hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Qədimkənd kəndində baş verib.

Belə ki, kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elsevər Soltanəziz oğlu özünü yaşadığı evin həyətində asıb. İyirmi səkkiz yaşlı sakinin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41