Neftçala sakininin evində saxladığı sənədsiz silah götürülüb

Bakı. 23 iyun. REPORT.AZ/ Neftçala sakinindən sənədsiz silah götürülüb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb. 

Daxil olan məlumat əsasında Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qaraqaşlı kənd sakini Arif Bayramovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan, yivli “TOZ-8” markalı tüfəng aşkar edilərək götürülüb.

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26